Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə daim dövlət qayğısı göstərilməsi ilə bağlı əsasını qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev layiqincə yaşadır. Azərbaycan kino sənətinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbay­can kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”, “Azər­baycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyev 2009-cu ildə Azərbaycan Dövlət Film Fondunun yeni binasının açılışında iştirak etmişdir.

Son illər ölkəmizdə istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlan­dırılması, habelə film çəkilişinə vəsait qo­yuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoq­rafiyamızın keyfiyyətcə yeni inkişafından xəbər verir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də in­kişaf etdirilməsi konsepsiyası öz əksini tapmışdır.

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması da bu sahəyə yüksək qayğının daha bir təzahürüdür.