Fevralın 15-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış “Bir Könüllü” Tələbə Təşkilatının üzvləri Azərbaycan Dövlət Film Fondunun qonağı oldular.
Əvvəlcə qonaqlar məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey, kino lentlərinin bərpa otağı və saxlanma boksları ilə tanış oldular. Sonra kino zalında Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov qonaqlara qurumun yaranması, tarixi, fəaliyyəti və iş prinsipi haqqında ətraflı məlumat verdi.
“Bir Könüllü” Tələbə Təşkilatının üzvləri Dövlət Film Fondundakı ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.