Azərbaycan Dövlət Film Fondunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək, tarixin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat verdi, bu faciənin ümumilikdə, insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırdı.
Sonra tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirin sonunda rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filmi nümayiş olundu.