Azərbaycan Dövlət Film Fondunda Tofiq Tağızadənin şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Tofiq Tağızadənin şəxsi arxiv fondu yaradılıb. Fonda görkəmli sənətkarın şəxsi sənədləri, diplom və fəxri fərmanları, fotosənədləri, qəzet və jurnal materialları daxil edilib. Şəxsi arxiv fonduna daxil olan sənədlər Tofiq Tağızadənin kürəkəni, Əməkdar artist, aktyor Firdovsi Atakişiyev və digər kinematoqrafçılar tərəfindən təhvil verilib.

Xatırladaq ki, Tofiq Tağızadə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa məşhur ekran əsərlərinin quruluşçu rejissoru olub.

Şəxsi arxiv fondu kinorejissor Tofiq Tağızadənin 105 illik yubileyinə ithaf olunub.