Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, görkəmli kinodramaturq, kinoşünas, rejissor Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunacaq.
Yubiley tədbiri 2 may 2024-cü il saat 16:00-da Azərbaycan Dövlət Film Fondunda baş tutacaq.
Tədbirdə Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Solmaz bir bahar kimi” (rej. C.Zeynallı) sənədli filmi təqdim olunacaq. Film 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuşdur.
Giriş sərbəstdir.