Rejissor və aktyor Adil İsgəndərovun doğum günüdür

Elə sənətkarlar var ki, məsləklərini mühüm missiyaya çevirərək həyata olan fərqli baxışlarını, insanlara olan ürək sözlərini yaradıcılıqlarının fövqündə cəmiyyətə ünvanlamağı özlərinə borc biliblər. İstedad və bacarıqları ilə insanların həyat yolunda mayaka çevriliblər. Bu kimi sənət xadimlərinin yüksək təfəkkürü, mənəvi zənginliyi Ətraflı

Aktyor Kamal Xudaverdiyevin doğum günüdür

Milli mədəniyyətimizin, teatr, kino sənətimizin inkişafında xüsusi xidməti olan Xalq artisti Kamal Xudaverdiyevin sənət dünyası zəngindir, işıqlıdır, dəyərlidir. Kamil düşüncəsinin, mənəvi gözəlliyinin ahəngindən rollarına pay bölən görkəmli sənətkar artıq 16 ildir ki, aramızda yoxdur. Sənətkarın kinolentlərə həkk olunan xarakterik rolları Ətraflı

Görkəmli kino xadimi Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, görkəmli kinodramaturq, kinoşünas, rejissor Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu. Ətraflı

Aktrisa Ətayə Əliyevanın doğum günüdür

Azərbaycan kino sənətinin tanınmış simalarından olan Əməkdar artist, unudulmaz aktrisa Ətayə Əliyevanın anadan olmasından 104 il (02.05.1920-06.04.1995) ötür. İstedadı, bacarığı ilə sənət mühitində tez bir zamanda məşhurlaşan, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan, ətrafındakılara, həmkarlarına qayğı və hörmətlə yanaşan, gözəl xüsusiyyətlərinə Ətraflı

Kino rəssamı Mayis Ağabəyovun doğum günüdür

Kinoda rəssam işinin xüsusi əhəmiyyəti var. Peşəkar kino rəssamlarının müxtəlif janrlı ekran əsərlərinə quruluş verdikləri rəsmlər kino istehsalı prosesində kadrların obrazlı həllini tapmasına, kinematoqrafik görüntünün təkmilləşməsinə xidmət edir. Azərbaycan kinosunda 40-a yaxın filmdə quruluşçu rəssam kimi çalışan Xalq rəssamı Mayis Ətraflı