SSRİ və Azərbaycanın Xalq rəssamı, “İstiqlal” və “Şərəf” ordenli məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığını özündə əks etdirən nadir fotoşəkillərin neqativləri Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.
20-dən artıq nadir neqativ Vilnüsdəki şəxsi arxivdən daxil olub. Bu materiallar Toğrul Nərimanbəyovun Dövlət Film Fondunda 11 il əvvəl yaradılmış şəxsi arxiv fondunu daha da zənginləşdirəcək.