Azərbaycan Dövlət Film Fondunun ekspozisiyasında bəstəkar Emin Sabitoğlunun doğum günü münasibətilə fotosərgi təşkil olunub. Sərgidə bəstəkarın şəxsi arxiv fonduna daxil edilmiş fotoşəkillər nümayiş olunur.
Qeyd edək ki, Emin Sabitoğlunun “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Atları yəhərləyin”, “Bəyin oğurlanması”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” filmlərinə yazdığı musiqilər tamaşaçının filmlərdəki hadisələrə ürəkdən təmas etməsinə, daxilən obrazlarla ünsiyyət qurmasına təkan verir. Qəlbəyatımlı musiqiləri ilə milyonların rəğbətini qazanan bəstəkarın tanınmış kinorejissorlardan Həsən Seyidbəyli, Tofiq Tağızadə, Arif Babayev, Rasim Ocaqov, Fikrət Əliyev və başqalarının filmlərinə yazdığı musiqilər filmlərin ekran ömrünü uzadıb, baxımlılığını artırıb.
Sərgi noyabrın 17-nə kimi davam edəcək.
Dövlət Film Fondu