Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kinorejissor, tanınmış yazıçı və dramaturq, ictimai xadim Həsən Seyidbəylinin xatirəsinə həsr edilmiş fotosərgi təşkil olunub.
Sərginin açılışından sonra “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan, Həsən Seyidbəylinin 100 illik yubileyinə ithaf olunmuş rejissor Yavər Rzayevin “Bizim Həsən müəllim” sənədli filmi nümayiş etdirilib.
Sərgidə əks olunan nadir fotosənədlər görkəmli sənətkarın şəxsi arxiv fonduna məxsusdur və ilk dəfə nümayiş olunur.
Qeyd edək ki, Xalq artisti Həsən Seyidbəyli “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları” və s bədii filmlərinin quruluşçu rejissorudur.
Sərgi dekabrın 28-nə kimi davam edəcək.