Sentyabrın 21-də Azərbaycan Dövlət Film Fondunda “Doku Baku” Beynəlxalq Sənədli Filmlər Festivalı çərçivəsində tanınmış Polşa rejissoru Pavel Lozinskinin “Eyvandan film” sənədli filminin təqdimatı baş tutdu.
Tədbiri giriş sözü ilə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq tamaşaçıları filmə baxmağa dəvət etdi.
Nümayişdən sonra rejissor Pavel Lozinski çəkilişlər haqqında məlumat verərək filmin iki il yarım müddətində – 165 çəkiliş günü ərzində çəkildiyini bildirdi və tamaşaçıların suallarını cavablandırdı.
Sonra Pavel Lozinski və həyat yoldaşı Aqneşka Mankeviç Azərbaycan Dövlət Film Fondunda filmlərin saxlanıldığı şəraitlə tanış oldular. Fondda saxlanılan Polşa filmləri və film materialları haqqında rejissora məlumat verildi. Rejissor Artefaktlar muzeyini ziyarət etdi və Fondun xatirə kitabına ürək sözlərini yazdı.