Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli kinorejissor və kinooperator Muxtar Dadaşovun şəxsi arxiv fondu yaradılıb.
Fonda görkəmli sənətkarın 600-dən çox fotosənədi, eskizləri, ssenariləri, şəxsi sənədləri, qəzet və jurnallar daxil olub. Şəxsi arxiv fonduna daxil olan sənədlər Fondun əməkdaşlarının səyi nəticəsində toplanılıb.
Xatırladaq ki, Muxtar Dadaşov “Qanun naminə”, “Bakıda küləklər əsir” bədii filmlərinin və “Sovet Azərbaycanı”, “Doğma torpaq – Azərbaycan”, “Sabir”, “Nəriman Nərimanov” və s. sənədli filmlərin rejissorudur. O, “Kəndlilər” filminin ikinci operatoru, “Yeni horizont” (F. Novitski ilə birgə) və “Arşın mal alan” (Ə. Atakişiyevlə birgə) bədii filmlərinin quruluşçu operatoru olub.