“Əzim Əzimzadə” sənədli filmi bərpa olunub

Azərbaycan Dövlət Film Fondu görkəmli rəssam və qrafikaçı, Azərbaycanın xalq rəssamı Əzim Əzimzadənin həyat və yaradıcılığından bəhs edən “Əzim Əzimzadə” sənədli filmini bərpa edib.

Sənədli film 1967-ci ildə lentə alınıb. Filmin ssenari müəllifi Ramiz Əsgərov, rejissoru Zeynəb Kazımova, operatoru Əlibala Ələkbərov, bəstəkarı Sevda İbrahimovadır.

Filmdən bəzi kadrları təqdim edirik.