“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirildi

20-21 aprel tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirildi. Aprelin 20-də forumun açılışından öncə kino xadimləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin Ətraflı

Azərbaycan Dövlət Film Fondunda Musa Bağırovun filmləri nümayiş olundu

Aprelin 14-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Əməkdar incəsənət xadimi, kinorejissor Musa Bağırovun yaradıcılığına həsr olunub. Tədbiri giriş sözü Ətraflı

Azərbaycan Dövlət Film Fondunda Tofiq İsmayılovun filmləri nümayiş olundu

Aprelin 6-da Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirildi. Xalq artisti, kinorejissor Tofiq İsmayılovun doğum günündə baş tutan tədbir onun yaradıcılığına həsr Ətraflı

Azərbaycanda Rusiya kinosu günlərinin açılışı oldu

Aprelin 5-də Nizami Kino Mərkəzində “Rusiya kinosu günləri”nin təntənəli açılışı olub. Burada dörd yeni Rusiya tammetrajlı kinofilmi nümayiş olunacaq. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov giriş nitqində deyib: “Azərbaycanda Rusiya kinosu günləri son dəfə koronavirus pandemiyasından əvvəl keçirilib. Rusiya kinosu yenidən Ətraflı

Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin fotosərgisinin açılışı oldu

Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin fotosərgisi açılıb. Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Əməkdar artist, kinorejissor Ətraflı