Kinorejissor Rasim Ocaqovun xatirəsi anıldı
İyulun 11-də Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Xalq artisti, kinorejissor Rasim Ocaqovun anım günü münasibətilə görkəmli sənətkarın xatirəsini məzarı başında yad etdi.
İyulun 11-də Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Xalq artisti, kinorejissor Rasim Ocaqovun anım günü münasibətilə görkəmli sənətkarın xatirəsini məzarı başında yad etdi.
İyulun 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru, professor Cəmil Quliyevlə görüş keçirilib. Mədəniyyət naziri Adil Kərimli 60 illik yubileyi münasibətilə rejissora Mədəniyyət Nazirliyinin kollektivinin və ölkəmizin mədəniyyət ictimaiyyətinin təbriklərini çatdırıb. Cəmil Quliyev fəaliyyətinə Ətraflı
Həyata fərqli baxışı, insanlara ürək sözü olanlar düşüncələrini, hisslərini sənətdə təcəssüm etdirir, daxili dünyalarının gözəlliklərindən milyonlara pay bölür, fikir, ideya üstünlükləri ilə insanların həyat yoluna işıq, nur saçırlar. Yaradıcılığında mənəvi dəyərlərin üstünlüyünü, humanist düşüncələrin, xeyirxah əməllərin vacibliyini təbliğ edən, insan Ətraflı
Xalq artisti Süleyman Ələsgərovun (20.06.1915-10.12.1998) anadan olmasından 108 il ötür. Unudulmaz sənətkarın Azərbaycan teatr və kino sənətində xidmətləri danılmazdır. 93 illik ömür payının 65 ilini Gənc Tamaşaçılar Teatrının inkişafına həsr edən aktyor “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan iyirmiyə yaxın filmdə çəkilib, Ətraflı
Hər bir uğurlu obraz aktyor üçün növbəti sənət sevincidir, yaradıcılıq axtarışlarının cəmidir, təntənəsidir. İstedadlı insanlar mütləq şəkildə müsbət fərdi cəhətlərinin təcəssümü olaraq – fərqliliyin, cəmiyyətə gərəkliliyin vacibliyini məsləklərində təsdiqləyirlər. Xalq artisti, görkəmli aktyor Əli Qurbanovun (1898-1962) teatr, kino obrazları da Ətraflı