Allah şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Dövlət Film Fondu Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir və onların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bəhram Bağırzadə – 50

“Bakılı oğlanlar” KVN komandasının üzvü kimi məşhurlaşan, şoumen, aktyor, publisist, naşir kimi çoxsaylı tamaşaçı auditoriyasının rəğbətini qazanan Əməkdar artist Bəhram Bağırzadə maraqlı kino obrazları ilə də tamaşaçıların diqqətini çəkib, sevgisini qazanıb. Özünəməxsus ifa tərzi, duzlu-məzəli söhbətləri ilə ərsəyə gətirdiyi ekran Ətraflı

Səyavuş Şəfiyev – 85

Kino ona sevgi ilə yanaşanları sevdirir, ucaldır. İstedadlı kinoaktyor Səyavuş Şəfiyev də ekran obrazlarını sevərək yaratdı, onu sevənlərin qəlbində əbədiləşdi, unudulmadı. Bu il 85 illik yubileyi (01.09.1937-24.11.2001) qeyd olunan aktyorun müsbət şəxsi keyfiyyətləri, yüksək mədəniyyəti, böyük sənət sevgisi dostları və Ətraflı

Dövlət Film Fondu “YAŞAT” düşərgəsinin qonağı oldu

“YAŞAT” Fondu, “ASAN Könüllüləri” və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə 2-ci “YAŞAT” düşərgəsinin 5-ci həftəsində Vətən müharibəsi şəhidlərinin övladları üçün film saatı təşkil olunub. Əvvəlcə ASAN xidmətin mətbuat katibi Elnur Niftəliyev və Dövlət Film Fondunun şöbə müdiri Rəşad Ətraflı