Şahmar Ələkbərovun doğum günü münasibətilə fotosərgi təşkil olunub

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, aktyor, rejissor Şahmar Ələkbərovun doğum günü münasibətilə fotosərgi təşkil olunub. Fotosərgidə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən nadir fotolar nümayiş olunur. Nümayiş olunan fotoşəkillər Ş.Ələkbərovun şəxsi arxiv fonduna daxildir.

Qeyd edək ki, Xalq artisti Şahmar Ələkbərov “Dağlarda döyüş”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Qızıl qaz”, “Həyat bizi sınayır”, “Bizim küçənin oğlanları”, “Qatır Məmməd”, “Firəngiz”, “Arxadan vurulan zərbə”, “Babək”, “Əlavə iz”, “Nizami”, “Ötən ilin son gecəsi” kimi Azərbaycan filmlərində yaddaqalan obrazlar canlandırmış, “İmtahan” (G.Əzimzadə ilə birgə), “Sahilsiz gecə” və “Qəzəlxan” filmlərinin quruluşçu rejissoru olmuşdur.