Leyla Bədirbəylinin şəxsi arxiv fondu yaradıldı

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin şəxsi arxiv fondu yaradılmışdır. Fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları və.s. arxiv sənədləri  daxil olmuşdur.Xalq artisti Leyla Bədirbəylinin şəxsi arxiv fondunun yaradılması sənətkarın 100 illik yubileyinə ithaf olunmuşdur. 08.02.2021

Anar Kərimov: Azərbaycan Respublikasının Kino Agentliyi yaradılacaq

Azərbaycan Respublikasının Kino Agentliyi yaradılacaq Bunu REAL tv-yə eksklüziv açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib. Nazir açıqlamasında qeyd edib ki, Kino Agentliyinin yaradılmasında əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, bu sahəyə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb Ətraflı

E.T.Quliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 yanvar 2021-ci il.

Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini elan edir. Müsabiqənin məqsədi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və Ətraflı

“AZƏRBAYCAN KİNO SALNAMƏSİ” KİTABI ÇAPDAN ÇIXIB

Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun dəstəyi ilə “Azərbaycan kino salnaməsi” ikicildlik kitabın birinci cildi nəşr olunub.Kinoşünas Aydın Kazımzadənin qələmə aldığı kitabın I cildinə 1898-2018-ci illərdə istehsal olunan tammetrajlı və qısametrajlı bədii və televiziya filmlərinin filmoqrafiyasını əhatə edir. Kitabda Azərbaycan Ətraflı