Bu gün tibb işçilərinin peşə bayramı günüdür

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu gün dünya xalqları, eləcədə ölkəmiz koronavirus pandemiyası ilə mübarizə aparır. Ölkə vətəndaşlarının sağlamlığı naminə bu mübarizədə fəal çalışan həkimlərimizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Onların bugünkü çətin vaxtlarda göstərdiyi fədakarlıqlar əsl insanlıq nümunəsidir.  

Səhiyyə sahəsində çalışan tibb işçilərimizin, xalqımızın sağlamlığının keşiyində duran həkimlərimizin peşə bayramını təbrik edirik. Onlara bu məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayırıq.

17.06.2020