Xalq rəssamı Mayis Ağabəyov vəfat edib

Xalq rəssamı Mayis Ağabəyov vəfat edib.

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.

“Babək”, “Nəsimi”, “Nizami”, “Əlvida, cənub şəhəri”, “Günaydın, mələyim!” və başqa filmlərin quruluşçu rəssamı olub.

1965-ci ildən bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak edib. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.

2000-ci ildə Xalq rəssamı adına layiq görülüb.

Allah rəhmət eləsin.

17.06.2020