“Fərhad. Portret cizgiləri” sənədli filmi bərpa olunub

Azərbaycan Dövlət Film Fondunda “Fərhad. Portret cizgiləri” adlı sənədli film bərpa olunub.

SSRİ Xalq artisti, professor, görkəmli musiqi xadimi Fərhad Bədəlbəylinin yaradıcılığına həsr edilmiş film 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru Cəmil Fərəcov, operatoru Sərdar Vəliyev, ssenari müəllifi Arif Əliyevdir.