Zəfər Günü münasibətilə Dövlət Film Fondunda tədbir keçirildi

Azərbaycan Dövlət Film Fondunda Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Fondun direktoru Cəmil Quliyev çıxış edərək hər kəsi bayram münasibəti ilə təbrik etmişdir. Fondun əməkdaşları – Birinci Qarabağ müharibəsinin iştirakçısı və qazisi Süleymanov Vaqif Xəlil oğlu və Vətən müharibəsi iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medallarla təltif olunmuş Nəzərli Orxan Elxan oğlu Fondun Həmkarlar Komitəsi tərəfindən mükafatlandırılmışdır. Sonda Azərbaycan Dövlət Film Fondu tərəfindən “YAŞAT” Fonduna ianə köçürülməsi ilə bağlı qərar qəbul edildi.