“Sizə məktub var” filmi nümayiş olundu

29 oktyabrda Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Məzahir Həşimovun “Sizə məktub var” filminin premyerası baş tutub. Çəkilişlərinə 2019-cu ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə başlanan filmin təqdimatında moderatorluğu kinoşünas Sevda Sultanova edib.

Aki.az xəbər verir ki, Qarabağ müharibəsi fonunda yaşanan məhəbbət hekayəsindən  bəhs edən melodramın nümayişində filmin rejissoru, operatoru və baş rol ifaçıları iştirak edib. Nümayişdən sonra filmin heyəti auditoriyanın suallarını cavablandırıb.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Məzahir Həşimov, quruluşçu operatoru Cəbrayıl Rəfiyev, prodüserləri Cəmil Quliyev və Müşfiq Hətəmov, baş rol ifaçıları Dəniz Tacəddin, Əli Əlizadə və Məhəmməd Əlilidir. Film 2020-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.