Rasim Ocaqovun doğum günü münasibətilə sərgi təşkil olunub

Azərbaycan Dövlət Film Fondunda Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, “Şöhrət” ordenli kinorejissor və kinooperator Rasim Ocaqovun (1933-2006) doğum günü münasibətilə geniş fotosərgi açılıb.

Rasim Ocaqovun xatirəsinə həsr olunmuş sərgiyə görkəmli rejissorun həyat və yaradıcılığını əks etdirən fotoşəkillər daxil edilmişdir. Ekspozisiyada Rasim Ocaqovun Dövlət Film Fondunda qorunan şəxsi arxiv fondundakı 50-dən artıq fotoşəkil nümayiş etdirilir.

Fotosərgi noyabrın 29-na kimi davam edəcək.