Dövlət Film Fondunda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edildi

Sentyabrın 27-də Azərbaycan Dövlət Film Fondunda Anım Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.