Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd olunacaq

Azərbaycanın Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd ediləcək.

Yubiley tədbiri 30 aprel saat 16:00-da Azərbaycan Dövlət Film Fondunda keçiriləcək. Tədbirdə Baku TV-nin yubilyara həsr etdiyi, rejissor İman Məcidovun “Sənin boyun ucadır” filminin təqdimatı olacaq.

Giriş sərbəstdir.