Xalq artisti Ənvər Həsənovun şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti Ənvər Həsənovun şəxsi arxiv fondu yaradılıb.

Fonda görkəmli sənətkarın uzun illər topladığı 700-dən çox fotoşəkil, kinossenarilər, afişa və kinoplakatlar, qəzet və jurnallar və s. arxiv sənədləri daxil olmuşdur.

Fonda daxil olan arxiv sənədləri Xalq artisti Ənvər Həsənov tərəfindən təhvil verilib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov 50-dən çox filmdə, o cümlədən, “Torpaq, Dəniz, Od, Səma”, “Uşaqlığın son gecəsi”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Səmt küləyi”, “Dörd bazar günü”, “Xoşbəxtlik qayğıları”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Babək”, “Gözlə məni”, “Birisigün gecəyarısı”, “Qanlı zəmi”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.