Kino həyat faktlarının və hadisələrinin sənədləşdirilmə vasitəsidir. Kinematoqrafiya həyat həqiqətlərini dəqiqliklə özündə əks etdirir, həmçinin qoruyub saxlayır. Bütün dövrlərin inikasına çevrilən müxtəlif janrlı ekran əsərləri maraqlı və məntiqli mövzuları özündə əks etdirdiyinə görə bütün dövrlərdə böyüklü, kiçikli hər kəsin diqqətini çəkir, sevimlisinə çevrilir.
XX əsrin sonlarında (1898) yaranan Azərbaycan kinosu da istər sənədli, istərsə də bədii filmlər vasitəsilə Azərbaycan mikroaləmini özündə əks etdirməyə müvəffəq olub.
Kinomuzun inkişaf mərhələsi keçmiş sovetlər birliyinə aid olduğumuz bir vaxta təsadüf etsədə, çəkilən filmərdə (əsasən bədii) qədim milli mədəniyyətimizin ənənələri, xalqımızın xarakterinə, tarixinə xas olan əlamətlər mümkün olduğu qədər fimlərimizdə əksini tapıb. Beləliklə də, müxtəlif dövrü əhatə edən tarixi hadisələr xronikal lentlərə həkk olunaraq tarixin salnaməsinə çevrilib. Respublikada baş verən hadisələr, ictimai-siyasi, mədəni proseslər sənədli, elmi-kütləvi, bədii filmlərdə həkk olunub.
Azərbaycan kinosunun keçdiyi yol heç də asan olmayıb. Kinomuz dövrlərin reallığından irəli gələn səbəblərdən müxtəlif illərdə çətin sınaqlar qarşısında qalıb. Lakin zaman keçdikcə əzmkar və vətənpər kino xadimlərimizin səyi, bacarığı, kinoya olan böyük sevgisi nəticəsində texniki və bədii keyfiyyət baxımından özünü doğruldan bir çox filmlərimiz ölkədə və ölkədən kənarda çoxsaylı tamaşaçı auditoriyasının, kinosevərlərin rəğbətini qazanıb.
Azərbaycan kinosunun təşəkkül tapmasında, inkişafında mütərəqqi düşüncəli yaradıcı insanların, görkəmli incəsənət xadimlərinin rolu böyükdür.
Müxtəlif illərdə, mərhələli şəkildə kinoya gələn yerli mütəxəssislər bilik və bacarılqarını, işıqlı düşüncələrini, yüksək mənəvi dəyərləri özündə əks etdirən ibrətamiz mövzuları çəkdikləri ekran əsəlrəi vasitəsilə tamaşaçılara sevdirməyə müvəffəq olublar. Azərbaycanın tarixi keçmişi, həmçinin müasir həyatı, insanların gündəlik fəaliyyətləri, qayğıları, düşüncə və intellektləri, əmək fəaliyyətləri kino dilinə çevrilərək bədii filmlərdə geniş şəkildə əks olunub.
İllər ötdükcə nəsillər bir-birini əvəz edib. Yaşılı nəsil peşə bilgisini gənc nəslə ötürərək milli kino tariximizi zənginləşdirən baxımlı, uğurlu ekran əsərləri yaradıblar.
Adı tarixə düşən, fərdi təfəkkürünə, istedad və bacarığına istinadən Azərbaycan kinosuna töhvələr verən kino xadimlərimizdən gələcək nəslə yüzlərlə bədii, animasiya, sənədli və elmi-kütləvi filmlər yadigar qalıb. Bu filmlər xalqımızın milli sərvəti kimi bu gün Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.
Onu da qeyd edək ki, Azərbaycanın tarixi keçmişini, eləcədə, müxtəlif dövrləri özündə əks etdirən filmlərin qorunmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Film Fondu yaradılıb.
Film Fond 1994-cü ildən keçmiş “Qələbə” kinoteatrının binasında fəaliyyətə başlayıb. Lakin bu kinoteatr fond üçün yararsız olduğundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Film Fondundan ötrü müasir standart və tələblərə uyğun texnoloji avadanlıqlarla təchiz olunmuş yeni bina tikilmişdir. Dövlət Film Fondu 2009-cu ildən yeni binada fəaliyyətini davam etdirir.
Fond 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) tövsiyyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir.
Dövlət Film Fondunda 67 min saxlama vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 12 minə yaxın orijinal sənəd, eksonat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplom və prizlər və s.) qorunub saxlanılır. Fondda qorunan filmlərin plakatları, reklam materialları, müxtəlif illərdə nəşr olunmuş qəzet və jurnallar üçün də ayrıca saxlama dolabları var. Həmçinin burada müxtəlif filmlərlə bağlı eksponatlar və geyimlər də qorunub saxlanılır.
Film Fondun əsas fəaliyyət istiqamətlərindən biri də kino sənətinin təbliği ilə bağlıdır. Film Fond elmi-tədiqat mərkəzi kimi il-ildən fəaliyyətini genişləndirir. Burada həmçinin Azərbaycan kino tarixi ilə bağlı müxtəlif çap məhsulları hazırlanır.
Film Fondda saxlanma şəraiti qənaətbəxş olduğundan bir çox kinorejissorlar öz şəxsi arxivlərini fonda hədiyyə ediblər. Eləcə də yeni çəkilən filmlər də qorunub saxlanılması üçün fonda təhvil verilir.
Film Fond xalqımızın milli sərvəti olan Azərbaycan filmlərinin qorunması kimi mühüm missiyanı layiqincə yerinə yetirən qurumdur. Xalqımızın mənəvi, estetik tərbiyəsində mühüm rol oynayan ekran əsərlərini toplayıb, saxlayıb, elmi və texniki cəhətdən işləyib gələcək nəsillərə çatdıran mədəniyyət ocağıdır.
Azərbaycan kinematoqrafçıları, kino xadinlərimiz, eləcədə kinomuzun inkişafında əməyi olan kino işçiləri əmin olsunlar ki, onların ərsəyə gətirdikləri ekran əsərləri Dövlət Film Fondunda böyük məsuliyyətlə qorunub saxlanılır. Bu sənət incilərinin ictimaiyyətə çatdırılması, nümayişi, təbliği üçün istiqamətində müraciət edən televiziyalara, informasiya vasitələrinə əlindən gələn köməkliyi əsirgəmir.
Dövlət Film Fondunun əməkdaşları Azərbaycan kinosunun 122 yaşının tamam olması, peşə bayramı münasibəti ilə bütün kinematoqrafçıları, həmçinin kinosevərləri təbrik edir, kino salnaməmizin daha da zənginləşməsi diləyi ilə kino işçilərinin hər birinə yaradıclıq uğurları arzulayır. Peşə bayramınız mübarək əziz kinematoqrafçılar.
Azərbaycan Dövlət Film Fondu
01.07.2020