Azərbaycan kinosunda “Qarabağ” mövzusu”

“Qala”

“Qala” kinodramı 2008-ci ildə kinorejissor Şamil Nəcəfzadə tərəfindən ekranlaşdırılıb. Fimdə təsvir olunan qaladan obraz kimi istifadə olunub. Dağların arasında ucqar bir kəndin yaxınlığında yerləşən bu qədim qala vaxtilə düşmənlərin hücumuna məruz qalıb. Amma heç bir vaxt təslim olmayıb.

         Kəndə gələ kino işçiləri tarixi qalaya böyük önəm verir. O da məlum olur ki, kənd camaatı bu tarixi qalaya bigtanə yanaşıb, qala uzun müdət baxımsız alıb. Kinematoqrafçıların gəlişindən, onların qala ilə çox maraqlandığını gördükdən sonra isə insanların qalaya olan marağı artır, münasibəti (yaxşı mənada) dəyişir. İndi onlar qalanı həm abidə, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər. 

Bir gün düşmənin kəndə doğru böyük qüvvə ilə irəlilədiyinə görə kənd camaatı kəndi tərk etmək məcburiyyətində qalır. İnsanlar və çəkiliş qrupu təlaş içərisində kənddən gedirlər. Yalnız çəkiliş qrupundan bir nəfər “nə qədər qaçacağıqsa, bizi bir o qədər də qovacaqlar” deyərək, kədi tərk etmək istəmir və həmin qalada qalır.

Quruluşçu rejissor Şamil Nəcəfzadə, ssenari müəllifi Şamil Nəcəfzadə, Ramiz Rövşən, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Arif Məhərrəmov, Əziz Məmmədov, bəstəkar Cahangir Zülfüqarov, rejissor Akif Rüstəmov, rejissor asistenti Murad Muradov, Günel Nəcəfzadə, Natiq Əliyev,  geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, prodüser Xamis Muradov, Rauf Atamalıbəyov, Timur Vaynşteyn, icraçı prodüser Arif Səfərov, musiqiçilər: tar-Sahib Paşazadə, kamança-Toğrul Əsədullayev.

Rollarda: Rasim Babalyev (Soltan kişi), Vidadi Həsənov (Əbil müəllim), Yuliya Peresild (Qalina), Məmmədağa Əlilicanzadə (Xanbala), Məbud Məhərrəmov (Rafiq Müəllim), Elman Rəfiyev (Seyid), Sona Mikayılova (Əsli), Yuli Baliyev (Nikolay), Firəngiz Mütəllimova (Nazpəri), Qorxmaz Əlilicanzadə (film direktoru), Alyona Zinovyeva (Marina), Pərviz Məmmədrzayev (Osman), Zümrüd Qasımova (aktrisa), Əsgər Rəhimov (aktyor), Qurban İsmayılov (zabit), Rasim Cəfərov (kepkalı oğlan), Ədalət Ziyadxanlı (rəhbər işçi).