Azərbaycan kinosunda “Qarabağ” mövzusu”

“HARAY”

Psixoloji dram janrında çəkilən film kinorejissorOruc Qurbanov (1993) tərfindən ekranlaşdırılıb. Filmin ssenari müəllifləri Nüşabə Məmmədova, Eldəniz Quliyev, operatoru Rövşən Quliyev, rəssamı Asif Məmmədov, bəstəkarı Qalib Həsənoğludur. 

Kinolent yazıçı Nüşabə Məmmədovanın “Haray” pyesinin motivləri əsasında çəkilmişdir. Filmdə erməni daşnaklarının dədə-baba torpaqlarımızın işğalı zamanı azərbaycanlıların başlarına gətirdikləri insanlığa sığmayan vəhşiliklər öz əksini tapıb. Filmin baş qəhrmanları Xocalı sakinləri olan yeniyetmə bacı və qardaşdır. Evləri yandırılan, qohum-əqrəbası, bütün kənd sakinləri erməni vəhşiləri tərəfindən qətlə yetirilən uşaqlar düşmən əhatəsindən çıxmağa çalışırlar. Tamaşaçılar kinolent vasitəsilə, olmazın əzablara qatlaşan uşaqların gözü ilə soydaşlarımızın başlarına gətirilən min-bir dözülməz əzabın şahidi olurlar.

Filmdə aktyorlardan Nüşabə Abdullayeva, Tahir Əzizov, Pərvanə Qurbanova və başqaları çəkiliblər.