“Keçmişdən səslər” retro kinotexnika sərgisi

9-10/10/18

Açılış 9 oktyabr 2018, saat 16.00, Dövlət Film Fondu

Sərgidə “Azərbaycanfilm” kinostudiyasının istehsalat sexlərində və Dövlət Film Fondunun muzey ekspozisiyasında qorunub saxlanan XX əsrin operator texnikası, səsyazma avadanlığı, işıqlandırma cihazlarının nümunələri göstəriləcək.

Belə zəngin formatda retro kino sərgisi kino tariximizdə ilk dəfə keçiriləcək.

Sərgilənən 100-dən artıq texnoloji nümunənin demək olar hamısı bərpa edilib və işlək vəziyyətdədir.

Sərgidə 60-70-ci illərin kino çəkilşi meydançasının atmosferi yaradılacaq, “Motor!” komandası eşidiləcək. Dünyadan köçmüş böyük kino ustalarımızın səsləri iştirakçıları salamlayacaq.

Rəqəmsal texnologiyalar dövründə kinonun nədən başlandığı, keçən əsrin birinci yarısında, eləcə də 60-70-80-ci illərdə kinomuzun şah əsərlərinin hansı avadanlıqlarla çəkildiyini görmək istəyənlər dəvətlidirlər.