“Mirzə Kazım bəy” sənədli filmi bərpa olunub

Azərbaycan Dövlət Film Fondu tərəfindən 1983-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Mirzə Kazım bəy” sənədli filmi bərpa olunub.

Görkəmli şərqşünas və tarixçi alim Mirzə Kazım bəyin həyat və fəaliyyətindən bəhs edən filmin rejissoru Zaur Məhərrəmovdur. Filmdə Hamlet Xanızadənin oxuduğu diktor mətni ilə Mirzə Kazım bəyin elmi fəaliyyəti dolğun şəkildə tamaşaçıya çatdırılır.