85 illik yubileyi münasibətilə kinorejissor Tofiq İsmayılovun məzarı ziyarət olundu

Aprelin 6-da Xalq artisti, kinorejissor Tofiq İsmayılovun 85 illik yubileyi münasibətilə sənətkarın xatirəsi məzarı başında anılıb.

Anım mərasimində kinorejissorun ailə üzvləri, Azərbaycan Dövlət Film Fondunun və Kinorejissorlar Gildiyasının rəhbərliyi və kollektivi iştirak ediblər.