“Əlvida, cənub şəhəri” filminin nümayişi baş tutub

Avqustun 20-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Əlvida, cənub şəhəri” filminin nümayişi olub. Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (“Rossotrudniçestvo”) ilə birlikdə təşkil olunan tədbirdə filmin mövzusu,  müraciət olunan mövzunun öz dövrü üçün aktuallığı kimi məsələlər müzakirə olunub. Yeri gəlmişkən, Ətraflı

“Mirzə Kazım bəy” sənədli filmi bərpa olunub

Azərbaycan Dövlət Film Fondu tərəfindən 1983-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Mirzə Kazım bəy” sənədli filmi bərpa olunub. Görkəmli şərqşünas və tarixçi alim Mirzə Kazım bəyin həyat və fəaliyyətindən bəhs edən filmin rejissoru Zaur Məhərrəmovdur. Filmdə Hamlet Xanızadənin oxuduğu diktor mətni ilə Ətraflı

Nazim Əliverdibəyov-95

Kino musiqisi ekran hadisələrinin açılmasında, obrazların daxili məninin tanıdılmasında mühüm rol oynayır. Bu mənada kino bəstəkarlarının yaradıcılığı vizual hekayələrin, kinematoqrafik təsvirlərin güclü təsir bağışlamasında böyük rol oynayır.  Azərbaycan kinosunda müxtəlif janrlı filmlərə bəstələnən, hadisələri müşayiət edən kino musiqiləri də geniş Ətraflı

Bəstəkar Süleyman Ələsgərova aid nadir arxiv materialları Dövlət Film Fonduna daxil olub

Moskva şəhərindəki şəxsi arxivdən Azərbaycan Dövlət Film Fonduna görkəmli bəstəkar, pedaqoq, dirijor, ictimai xadim, Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq artisti Süleyman Ələsgərovun nadir fotoşəkilləri və əsərlərinin bukletləri daxil olmuşdur. Daxil olan materialların əsasında Dövlət Film Fondunda bəstəkar Süleyman Ələsgərovun şəxsi Ətraflı

Şahmar Ələkbərovun doğum günüdür

Çətin və məsuliyyətli kino aləmini əslində elə sənət cəbhəsi adlandırmaq olar. Çünki fərdi yaradıcılığına görə diqqət çəkən sənətkarların qazandıqları uğurlar məsləklərinə olan hörmətdən əlavə, vətəninə, elinə, insanlara göstərdikləri böyük sevgi və ehtiramın təcəssümündən qaynaqlanır. Görkəmli kinoaktyor, respublikanın xalq artisti Şahmar Ətraflı