Xan Babayev – 105

Kinonun uğur qazanmasında kino operatorlarının rolu böyükdür. Ekran hadisələrinin inandırıcı təsir bağışlamasında, müxtəlif çəkiliş rakurslarının təsvir həllinin uğurlu alınmasında, filmlərin baxılmasında operator peşəkarlığı xüsusi önəm daşıyır. İstedadlı  kinooperator Xan Babayev də (1919-1967) milli kinomuzda özünəməxsus dəst-xəttinə, yaradıcılıq üslubuna görə seçilib, Ətraflı

Lütfəli Abdullayev – 110

Xalq artisti, görkəmli sənətkar Lütfəli Abdullayevin anadan olmasından 110 il ötür. Azərbaycan teatr, kino sənətində maraqlı, koloritli rollar yaradan aktyor ömrünə yazılan 59 ilin 45-ni sənətə həsr edib. Yaradıcılıq qismətinə düşən rollarını fərqli xarakterdə, maraqlı, məzmunlu cizgilərlə tamaşaçılara çatdırmağa müvəffəq Ətraflı

Hüseynağa Sadıqov – 110

“Həyat insana bir dəfə verilir. Onu gərək elə yaşayasan ki, sonra ömür yoluna baxanda fəxr edəsən”. Bu ibrətamiz sözlər müdrik sənətkar, Xalq artisi Hüseynağa Sadıqova məxsusdur. Uzun illər Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı, məzmunlu, duzlu-məzəli rollar yaradan Hüseynağa Sadıqov sözün Ətraflı

Aktyor Əfrasiyab Məmmədovun doğum günüdür

Sənət bütün varlığı ilə ona bağlı olanların sayəsində formalaşır, təsdiqini tapır,  sevilir, alqışlanır. Tanınmış teatr, kino aktyoru Əfrasiyab Məmmədov da (1928-1990) çoxşaxəli yaradıcılığı fonunda daim sənətə bağlılığını sübut edib, xarakterik rollarının təfsirində məzmunlu ifasını, məsləyini milyonlara sevdirib. Aktyorun fərdi dəst-xəttinə Ətraflı

“Kinomuzu yaradanlar… Kinomuzu yaşadanlar…” layihəsinə start verilib

Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “Kinomuzu yaradanlar… Kinomuzu yaşadanlar…” layihəsinə start verilib. Tədbirin açılışında çıxış edən Azərbaycan Dövlət Film Ətraflı