General-mayor Mustafa Nəsirova aid arxiv materialları Dövlət Film Fonduna təhvil verilib

25 oktyabr 2021-ci ildə Böyük Vətən müharibəsi veteranı, Azərbaycan Sərhəd Qoşunlarının general-mayoru, “Şöhrət” ordenli Mustafa Nəsirovun anadan olmasının 100 ili tamam olur. Yubileylə əlaqədar Azərbaycan Dövlət Film Fonduna 35 mm-lik kinolentdə general-mayorun həyat və fəaliyyətilə bağlı arxiv materialları təhvil verilib. Ətraflı

Rimma Abdullayeva – 90

Kollektiv sənət növü olan kinonun ərsəyə gəlməsində zəhməti olan kinematoqrafçılar arasında film direktorlarının əməyi böyükdür. Azərbaycan kinosunda 30-a yaxın filmdə işləyən, filmlərin hazırlıq işlərinin öhdəsindən bacarıqla gələn film direktorlarımızdan biri də əməkdar mədəniyyət işçisi Rimma Abdullayevadır. İstedad və bacarığı ilə Ətraflı

“Səttar Bəhlulzadə” sənədli filmi bərpa olunub

Azərbaycan Dövlət Film Fondunda 1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Yaddaş” yaradıcılıq birliyində istehsal olunmuş “Səttar Bəhlulzadə” sənədli filmi bərpa olunub. Film Azərbaycanın Xalq rəssamı, Azərbaycan Dövlət Mükafatı laureatı Səttar Bəhlulzadənin yaradıcılığından bəhs edir. Filmdə Tahir Salahov, Maral Rəhmanzadə, Əfrasiyab Vəkilov, Qriqori Ətraflı

Nəcibə Məlikova – 100

Azərbaycan kinosununun sevilən simalarından biri də Respublikanın xalq artisti, istedadlı teatr, kino aktrisası Nəcibə Məlikovadır. Gənc yaşlarından sənətə böyük maraq göstərən, 40-cı illərin əvvəllərindən sənətə (1940-1943) gələn aktrisanın yaradıcılığının uğurunu əzmkarlığına, iradəsinə, həmçinin dövrü üçün önəmli olan cəsarətinə hesablamaq olar. Ətraflı

Süleyman Əhmədov – 75

Kino kollektiv sənət növüdür. Danılmaz həqiqətdir ki, bir filmin ərsəyə gəlməsində onlarla insan ixtisaslaşdığı sahə üzrə istedad və bacarığını ortaya qoyur, illərin təcrübəsini, bilik və bacarığını maraqlı iş əmsalına çevirir, milyonlara təqdim edir. Kinoda çalışan mühüm peşə sahiblərindən biri də Ətraflı